Hazır mesajlar vasitəsilə sizə uyğun mətnləri əvvəldən yaradıb yadda saxlaya bilərsiniz . Daha sonra bu hazır mətnlər ( şablonlar ) ad günü təbriklərinin göndərilməsində və sms göndərişdə istifadə oluna bilər .
                                Hazır mesajın yaradılması üçün  Hazır mesajlar menysunda  Şablon əlavə et -ə klikləyin .
                                
                                
                            
                                Şablon mətnində fərdi istifadəçi məlumatlarından istifadə edib sms göndərmək mümkündür  (ad , soyad , cins və s .). Sadalanan istifadəçi məlumatları qeyd olunduqda [1],[2],[3] yazıları müvafiq məlumatlarla əvəzlənəcək  , əks halda yazıldığı kimi qalacaq .
                                
                                
                            
                                Qruplar  müştəri məlumatlarını  sistemdə saxlamağa imkan yaradır . Bunun vasitəsilə sms göndəriş prosesi asanlaşır . Qrupu aşağıdakı ardıcıllığa  uyğun yaradın : Qruplar menyusunda Əlavə et-ə klikləyin .
                                
                                
                                
                                Qrupun adı qeyd edilir , ad günü mesajı göndəriləcəyi təqdirdə müvafiq formada işarələnir və bu qrupun bütün istifadəçilərinə qeyd etdiyiniz tarixdə ad günü  mesajlarının avtomatik göndərilməsinə imkan yaradır  . Bu zaman mütəmadi olaraq balansınızı yoxlamağınız xahiş olunur .
                                
                                
                            
                                İstifadəçi məlumatlarını  qruplara  həm tək-tək , həm də excel file-lardan istifadə edərək daxil edə bilərsiniz . Yeni qrup üzvü əlavə etmək üçün Qruplara Baxış bölməsinə daxil  olub  , İstifadəçilər alt-menyusuna klikləyib  yeni İstifadəçi əlavə edin :
                                
                                
 
                                
 
                                İstifadəçiləri excel-dən import edərkən cins sütununda q yaxud  k  qeyd etmək lazımdır .
                            
                                Qrup istifadəçisinin nömrəsini , adını , doğum günü tarixini və s. dəyişmək üçün İstifadəçilər siyahısında Redaktə et-ə klikləyin . Qrup istifadəçisini bütün məlumatları ilə birgə silmək üçün isə İstifadəçilər siyahısının qarşısındakı Sil-ə klikləyin . Eyni əməliyyatları Qrup-larla da etmək mümkündür .
                                
                                
 
                            
                                Hər hansı nömrənin sizə aid qruplarda olub-olmadığını yoxlamaq üçün Qruplar menyusunda Axtar-a klikləyib axtarış bölməsinə nömrəni daxil edə bilərsiniz .